“Daxilimdəki abır-həyadan irəli gəlirdi” – Əməkdar artist

“Daxilimdəki abır-həyadan irəli gəlirdi” – Əməkdar artist
1105 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Öz evimizdir” verilişinin növbəti qonağı Əməkdar artist Firuzə İbadova olub.

Axşam.az-ın məlumatına görə, ifaçı, maraqlı söhbət əsnasında “Lalə qızlar ansamblı”na gəlişi ilə bağlı xatirələrini bölüşüb:

“Mən hələ uşaq xorunda oxuyurdum. Əfsər Cavanşirova deməmişdən öncə Nisə Qasımava, Ceyram müəlliməyə demişdi ki, mənim bir rəfiqəm var. Çox istəyirəm ki, o rəfiqəm bu ansambla gəlsin. Və mən gəldim. Oxuyarkən başladım ağlamağa. Ceyran müəllimə soruşdu ki, niyə ağlayırsan? Dedim, utanıram. Solo ifaçı kimi 70-80 nəfər uşaqların qarşısında çıxış edirdim, utanmırdım.

Mən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının otaqların birində məşq edirəm, gördüm Maestro Niyazi, Ceyran Haşımova... Aman Allah, mən burada oxuyuram. O zaman elə bilirdim qorxuram, amma o, mənim daxilimdəki abır-həyadan irəli gəlirdi ki, özünü yığışdır, yaxşı oxumalısan”.