Arıqlamaq üçün bu saatlarda məşq edin

Arıqlamaq üçün bu saatlarda məşq edin
13713 dəfə oxunub
  • A-
  • A
  • A+

Bədən temperaturu gün ərzində eyni olduğundan orqanizm idmana həmişə hazırdır. İdman etmək üçün ideal vaxtın günün ilk yarısı olduğu elmi cəhətdən sübut olunub. Buna baxmayaraq səhərlər yuxudan tez oyanmaq, bunun iş vaxtı ilə üst-üstə düşməsi və bu kimi digər səbəblər idman saatında dəyişikliklər etməyimizə gətirib çıxarır. Bəs görəsən, günün hansı saatı edilən idman daha çox yağ əritməyə kömək olur?

Bu haqda Axşam.az saytına məşqçi Ceyhun Vəliyev açıqlama verib:

“Mümükün olduğu qədər idmanı bədənin hazır olduğu vaxtlarda etmək daha məqsədəuyğundur.  Çünki səhərlər orqanizm idmandan əvvəlki qidanı gününün ikinci yarısına nisbətən daha tez parçalaya bilir, məşq zamanı lazım olan testosteron hormonu günün birinci yarısında daha çox ifraz olunur. Eyni zamanda qan təzyiqindən əziyyət çəkən insanlarda, eləcədə səhhətində digər problemləri olanların həkimlə məsləhətləşdikdən sonra səhərlər məşq etməsi daha məqsədəuyğundur. Axşamlar orqanizmdə yuxu hormonu melotonin yüksəlməsinə, bədənin bu vəziyyətə keçməsinə görə məşq etmək orqanizmi əziyyətə sala bilər. Eyni zamanda əzələ böyüməsində əsas iştirakçı hormon olan testosteron da aşağı səviyyəyə düşür. Günün birinci yarısında vaxtı olmayan insanların axşam orqanizmə ziyan vuracaqlarını düşündüyünə görə məşq etməməsi, oturaq həyat keçirməsi düzgün deyil. Günün ilk yarısına nisbətən axşama kimi çox qida qəbul edirik. Bu da bizim axşamlar daha enerjili olmağımıza gətirib çıxarır. Buna görə axşamlar idmanla məşğul olmaq lazımdır. Məşqdən sonra isə qida qəbul olunmalıdır ki, gecə orqanizm ac qalmasın. Əgər idmana işdən sonra gedirsinizsə və yorğun olursunuzsa enerji verən içkilərdən istifadə edə bilərsiniz. Bəziləri bunları dopinq iynələrlə səhv salırlar. Bundan çox vaxt yarışa çıxan idmançılar istifadə edir. Onun tibbi fəsadları isə gələcəkdə özünü büruzə verir. İdmançılar ilk növbədə bunun fərqini bilməli və enerji içkilərinin dərman yox, əlavə qida maddəsi olduğunu anlamalıdırlar”.

“BƏDƏNDƏ SU EHTİYATININ 2 FAİZİ AZALSA...”

“Bədən idmana hər zaman hazır olduğu üçün vaxt tapan kimi məşq edin. Bu sağlamlığımız üçün faydalıdır. Məşq zamanı lazımı qədər maye qəbul etmək mütləqdir. 70 faiz sudan təşkil olunduğumuza görə bizim üçün mayenin yaşamağımızda əhəmiyyəti çox böyükdür. Bədəndə su ehtiyatının 2 faizi azalsa insan özün çox yorğun hiss edər. İdman zamanı sudan istifadə etmək lazımdır. Bəziləri bu üsuldan qaçır. Elə düşünürlər ki, bədən çəkiləri artacaq. Bu yanlış fikirdir. Su bədənə heç bir halda çəki artımı verə bilməz. Əksinə lazımsız toksinlərin bədəndən çıxmasına kömək edir. Bəzi hallarda isə insanlar maye dedikdə çayı da nəzərdə tuturlar. Amma bədənə şirələrdən, çaydan çox su lazımdır. Gün ərzində orta hesabla iki-üç litr su içmək lazımdır ki, özümüzü günboyu daha gümrah və enerjili hiss edək”.