ATV telekanalında yayımlanan “Şarm” verilişi bu həftə də maraqlı məsləhətlərlə efirə gələcək.
Axşam.az-ın məlumatına görə, bu dəfə xanımlar köhnə libaslarını yeni dəbə uyğunlaşdırmağın sirlərindən xəbər tutacaqlar. Həmçinin peşəkarların köməyi ilə boylarına və bədən quruluşlarına uyğun gəlinlik seçməyi, gözəl makiyajın xırdalıqlarını öyrənəcəklər.
Bu və daha maraqlı sujetləri “Şarm”ın növbəti buraxılışında izləyəcəksiniz.
Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Mehdiyeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elçin Elxanlı, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin şənbə günü, saat 12:00-da efirə çıxır.