İlhamə Quliyeva Abbasın konsertinə niyə getməyib?

İlhamə Quliyeva Abbasın konsertinə niyə getməyib?
2178 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırovun solo konserti ilə bağlı söz-söhbət səngimək bilmir.

Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında yayılan şayiələrə son qoyub.

O, xalq artisti İlhamə Quliyevanın gecəyə qatılmamasının səbəbini açıqlayıb:

"Deyirlər, bütün biletlər pulsuz paylanılıb. Bunu konsertdə ola bilməyənlər söyləyir. Müğənnini sevənlər də var, sevməyənlər də. Oturmağa yer yox idi. Düzdür, müəyyən qonaqlara dəvətnamə vermişdim. O konserti pul qazanmaq üçün keçirmədim. İlhamə Quliyevanı dəvət etmişdim, gələ bilmədi. Çünki bəzi problemləri var idi. Zəng vurub təbrik etdi. Aramızda heç bir inciklik yoxdur. Gəlməməyinin səbəbi mənə məlum idi".

A.Bağırov növbəti konsertinin hazırlıqlarına başlayıb:

"Yenidən konsert verəcəm. Bu dəfə də iki gün keçiriləcək. Tamam fərqli dizayn, fərqli repertuar düşünmüşəm. Bu, daha güclü proqram olacaq".

Qeyd edək ki, A.Bağırovun solo konserti iyunun 27-28-də "Yaşıl Teatr"da baş tutmuşdu.