Şahzadə Harri gözəllik kraliçası ilə eşq yaşayır

Şahzadə Harri gözəllik kraliçası ilə eşq yaşayır
2440 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahzadə Diananın oğlu, Britaniya kraliçası II Yelizavettanın nəvəsi şahzadə Harri kübar ailədən olan Kressida Bonasdan ayrıldıqdan sonra özünə yeni sevgili tapıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, apreldə Kressida ilə iki illik münasibətlərini qurtaran Harri Londonda gecə klublarının birində 25 yaşlı Kamilla Terlou ilə birlikdə görüntülənib.

Məlumata görə, cütlük Harrinin piyadalara qarşı minalarla mübarizə ilə məşğul olan xeyriyyə fondunun keçirdiyi tədbirdə tanış olub. Kamilla elit kolleclərdən birini qurtararaq adıçəkilən idarədə işə başlayıb. O, daha əvvəl moda ilə məşğul olub və "Edinburq gözəli" seçilib.