Ayanın daha bir bacarığı üzə çıxdı

Ayanın daha bir bacarığı üzə çıxdı
3373 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva makiyajından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi peşəkar vizajistlər kimi makiyaj edə bildiyini deyib:

“Sonuncu fotosessiyamda makiyajım mənə məxsusdur. Cizgilərimi ən yaxşı özüm bilirəm. Ona görə də, etdiyim make-up daha gözəl alınır. Heç də peşəkarlardan geri qalmıram”.

A.Babakişiyeva sənət dostlarına da makiyaj etmək istədiyini bildirib:
 
“Xalq artistimiz Aygün Kazımovaya makiyaj etmək istərdim. Onunla dostluğumuz var. Aygün xanımın üz cizgilərinə bələdəm. İnanıram ki, gözəl alınardı. Buna görə də, tərəddüdsüz onun adını çəkdim. Ümumiyyətlə, hansı müğənniyə vizaj etsəm, əminəm ki, fərqli alınacaq və gözəl görünəcək”.