"Onu aldatsam, üzümə tüpürsünlər"

"Onu aldatsam, üzümə tüpürsünlər"
2613 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Fərhad Göçər "Həftə sonu" jurnalına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, şəxsi həyatı ilə bağlı sualları cavablandıran sənətçi sevgilisi Ömür Gediki heç vaxt aldatmayacağına söz verdiyini deyib:
 
"Onunla bağlı özümə söz verdim: Əsla Ömürə xəyanət etməyəcəm! Dostlarımın yanında söylədim ki, əgər onu aldatsam, üzümə tüpürsünlər. Sevgidə qarşı tərəfə inanmaq birinci dərəcəlidir. Arxayın olmadığın birini istəyə bilməzsən. Sadiq olmaq çox önəmlidir. Sevgilini aldatsan, onun qürurunu zədələmiş olarsan. Heç kim belə bir iddia ilə qarşıma çıxa bilməz. Mən Ömürə xəyanət etmərəm".

Evlilik planları barədə danışan F.Göçər bunun üçün hələ vaxtları olmadığını söyləyib:
 
"Hələ ki belə bir şey düşünmürük. İşlərimiz çoxdur. Bu barədə fikirləşməyə vaxtımız yoxdur".

Qeyd edək ki, mayın 7-də münasibətlərinə son qoyduqlarını elan edən Fərhad Göçər və Ömür Gedik bu ayrılığa 13 gün dözmüş, daha sonra yenidən barışmışdılar.