Pamela Andersondan "Buzlu su" aksiyasına fərqli reaksiya - foto

Pamela Andersondan "Buzlu su" aksiyasına fərqli reaksiya - foto
3174 dəfə oxunub
  • A-
  • A
  • A+
ALS xəstəliyinə diqqət çəkmək üçün "Buzlu su" kampaniyasına qoşulanların sayı hər gün daha da artır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli aktrisa-model Pamela Anderson aksiya ilə bağlı sərt reaksiya verib. Belə ki o, etik səbəblərdən bunu edə bilməyəcəyini deyərək sosial şəbəkədən onun adını heç bir kampaniyada çəkməməyi tapşırıb.
 
Heyvanlar üzərində vəhşicəsinə yüzlərlə təcrübələrin aparıldığı bir vaxtda "İce Bucket Challange"da iştirak etməyəcəyini söyləyən ulduz üzərində "Heyvan testlərini dayandırın" yazılmış plakatla şəklini çəkərək "Facebook" səhifəsində yerləşdirib.
 
Bəzi izləyicilər Pamelanı dəstəkləsə də, bəziləri onu ikiüzlülükdə günahlandırıb. İkincilər bunu onunla əsaslandırıblar ki, P.Andersonun sinəsinə taxdığı silikonlar da heyvanlar üzərində aparılmış testlər sayəsində təkmilləşdirilib.