Kənan İmirzalıoğlundan narkotik etirafı

Kənan İmirzalıoğlundan narkotik etirafı
2457 dəfə oxunub
  • A-
  • A
  • A+
Aralarında Kənan İmirzalıoğlu, Engin Günaydın, Sarp Apak, Hakan Yılmaz, Rıza Kocaoğlu, Ərsin Korkut, Mehmet Ərdəm ve Koray Candəmir kimi tanınmışların olduğu bir qrup şəxs "narkotik ticarəti və istifadəsi" maddəsi ilə 2-38 il arası həbsə məhkum edilmək üçün məhkəməyə cəlb olunub.
 
Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, aktyor K.İmirzalıoğlu bu gün hakim qarşısında maraqlı etiraf edib.
 
O, narkotik vasitədən istifadə etdiyini deyib:
 
"Narkotikdən asılı deyiləm, amma bir dəfə sınaq etmişəm. Bu əməliyyatdan bir neçə gün əvvəl Yunanıstanda istifadə etmişdim və ona görə də, analizlər zamanı qanımdan çıxdı. Orada mənə verilən siqaretin narkotik olduğunu bilirdim".