Cem Yılmaz "buzlu su" aksiyasına belə qoşuldu - video

Cem Yılmaz "buzlu su" aksiyasına belə qoşuldu - video
1825 dəfə oxunub
  • A-
  • A
  • A+
ALS xəstələrinə yardım üçün başlanan aksiya sürətlə böyüyür.

Aksiyaya türkiyəli şoumen Cem Yılmaz da qoşulub. O, bu flaşmoba özünəməxsus şəkildə münasibət bildirib. Aksiyanın prinsipi isə belədir: başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir.

Xatırladaq ki, ALS xəstələrinə dəstək aksiyası - “İce Bucket Challenge” adlanır. Amiotrofik Lateral Skleroz (ALS) və ya Şarko xəstəliyi sinir sisteminin sağalmaz xəstəliyidir. Xəstənin şüuru aydın olsa da, o, tez-tez hərəkətdən qalır. ALS əqli keyfiyyətlərə zərər vurmasa da, ağır depressiyalara səbəb olur. Xəstəliyin son mərhələsində nəfəs borusu daralır, tənəffüs çətinləşir. Bu zaman ciyərləri yalnız süni havalandırma ilə fəaliyyətdə saxlamaq olur.

gun.az