Atası Beyonsun yalanını ortaya çıxardı

Atası Beyonsun yalanını ortaya çıxardı
1812 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli ifaçı Beyonsla Amerikanın ən zəngin reperi Cey Zinin ayrılması haqda gəzən şayiələr getdikcə böyüməyə başlayıb.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, bu dedi-qodulara ilk münasibət Beyonsun atasından gəlib. Metyu Nouls müsahibəsində cütlüyün boşanma xəbərinin onların “On the Run” adlı dünya turuna diqqət çəkmək üçün qəsdən yayıldığını deyib.

Bu açıqlama böyük səs-küyə səbəb olub. Xatırladaq ki, Beyons və Ceyin ayrılması haqqında xəbərlər ilk dəfə bu ilin mayında mətbuatda yer almışdı.

Birgə konsertləri vaxtı onlar fərqli otellərdə qalmaqla jurnalistlərin diqqətini çəkmişdilər.