"Müğənnidə şirinlik olmalıdır"

"Müğənnidə şirinlik olmalıdır"
1527 dəfə oxunub
  • A-
  • A
  • A+
İTV-də yayımlanan “Yeni sədalar” verilişinin növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, Kamran Quliyevin aparıcılıq etdiyi proqramda müğənni Samirə Allahverdi, Dilarə Kazımova qonaq olub. Tamaşaçı sevgisindən danışan ifaçılar şikayətləniblər.

S.Allahverdi dinləyicilərin müğənniləri səsinə görə yox, görünüşünə görə qiymətləndirdiyini deyib:
 
“Tamaşaçılar bizi qulaqla dinləmir, gözlə baxırlar. Beləcə qiymət verirlər. Əgər sadə geyinirsə, onu sevmirlər. Müğənnidə şirinlik olmalıdır ki, izləyici bəyənsin. Amma səsə önəm verilməlidir. Burada müğənninin seçdiyi repertuar da vacibdir”.

Veriliş zamanı tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsud və Elşənin ifasında həmişə olduğu kimi, yenə də canlı musiqi dinləyiblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də canlı yayımlanır.