Kişilərin baş bəlası - yuxuda danışmaq

Kişilərin baş bəlası - yuxuda danışmaq
1890 dəfə oxunub
  • A-
  • A
  • A+

Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşur. Demək, yenə özünü yuxuda ifşa etmisən. «Səhər hər şeyi açıqlayaram» deyib, həyat yoldaşını birtəhər sakitləşdirməyə çalışırsan. Özünsə, səhərədək yatmayıb, işin içindən necə çıxacağını düşünürsən.

Ya da səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə demədiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxuda etiraf etmisən.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, kişilərin bir çoxunun başının bəlası yuxuda danışmaqdır. Hətta bu xüsusiyyətinə görə ailəsi dağılanlar da az deyil.

Qadınlar daha kişilərin «iş yoldaşımın adıdır, bütün günü bir yerdəyik də», «yuxuda mənlə birsinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm», «yəqin baxdığım filmin təsirindəndir» kimi bəhanələrinə inanmırlar. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realdır, özü də kişi ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab da alacaqsınız.

Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu yalnız kişilərdə aşkarlanır.

Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür.

Xilas yolu:

Variant 1

Siqareti tərgit:
Siqaret aludəçisisiniz? Demək, xoşagəlməz halınızın ilk səbəbkarı elə siqaretdir. Siqareti tamamilə tərgitməyə çalışın. Əgər çətindirsə, onda axşam saat 8-dən sonra siqaret çəkməməyə çalışın, spirtli içkilərdən uzaq olun. Başınızı çərəzlərlə qat.

Variant 2

Efir yağı və sərin otaq:
Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünüzü yuyun. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava alın. (siqaret çəkməmək şərtilə) Əgər narahatsınızsa, sakitləşdirici qəbul edin. Yataq otağının soyuq olmasına çalışın. Çünki gecə otağın isti olması da daha çox danışmağa səbəb olan amillərdəndir. 

Variant 3

Ağ vərəq:
Probleminiz var və onu heç kimə danışa bilmirsənsə ağ kağız götürün. Yatmazdan əvvəl probleminizi və heç kimə demək istəmədiyiniz sirrinizi kağıza yazıb, şalvarınızın cibinə qoyun. Günün ilk yarısından sonra kofe içməyin. Yaxşı olar ki, yatmazdan əvvəl içərisinə bal qatılmış süd içəsiniz.Yatağa girdikdən sonra qəzet, kitab və ya jurnal oxumayın.