Aparıcı ilə müğənni arasında söz davası: “Mənə dərs keçmə"

Aparıcı ilə müğənni arasında söz davası: “Mənə dərs keçmə"
3713 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəşad İlyasov “Bizim gün” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi ilə aparıcı Anar Cəfərov arasında qalmaqal yaşanıb. Anar ötən proqramların birində R.İlyasovun canlı efirdə meymundan qorxub, studiyadan qaçmasını xatırladıb.
 
Aparıcının “Gəl, qorxma, meymun yoxdur” sözlərinə sənətçi sərt reaksiya verib:

“Studiyaya girən kimi meymun deyib, ifrata vardın. Studiyanız elə qorxuludur ki, gəlməkdən çəkinim? Mən meymundan qorxmuram, dişləri də çıxarılmışdı. Sadəcə, heyvanlardan diksinirəm. Bunu qorxmaq kimi qələmə verib insanı kiçiltmə”.

Anarın “Meymundan qorxursan. Fakt studiyada meymun var idi, sən ondan qorxdun. Yəqin fobiyadır” sözlərinə R.İlyasov “Yaşca səndən böyüyəm. Burada mənə fobiya dərsi keçmə. Ötən verilişdə olan hadisənin görüntülərini internet portallarına yaydınız. Mən də buradan onlara cavab verirəm”, deyə münasibət bildirib.