“Bu yaşdan sonra ailə qursam da...”

“Bu yaşdan sonra ailə qursam da...”
2275 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Alişan proqramların birində telefonla bağlantı yaradaraq şəxsi həyatından danışıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni evlənib, övlad sahibi olmaq istədiyini bildirib:
 
“Qadında önəm verdiyim yeganə amil sevgidir. Bu günə qədər həyatımda ailə qurmaq istədiyim xanımlar, əlbəttə ki, olub. Evlilik təklifləri etsəm də, heç kəslə o nöqtəyə çata bilmədim. Ailəm və dostlarım evlənməyimi çox istəyirlər. Gənc yaşlarımda hamını bəyənirdim, amma indi bir az seçici olmuşam. Anam hər yerdə mənə qız axtarır. Bu yaşdan sonra ailə qursam da, övlad sahibi olmaq üçün evlənərəm”.

Xatırladaq ki, tanınmış ifaçı bu yaxınlarda əməliyyat olunub. Alişan ödündən çıxarılan daşları dostuna hədiyyə edib. O, həmin daşlardan boyunbağı hazırlayacaq.