Dəniz Səkidən xəbər var

Dəniz Səkidən xəbər var
2190 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotik ticarəti cinayətindən haqqında həbs qərarı çıxan türkiyəli müğənni Dəniz Səkidən yeni xəbər var.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən maydan bəri tutula bilməyən sənətçinin təzə albomu çıxacaq. Belə ki, prodüser Bülənt Seyhan ifaçının ailəsi vasitəsilə ondan bu barədə razılıq aldığını bildirib.

D.Səkinin “İz “ adlı yeni albomu oktyabrda işıq üzü görəcək. Dənizin gizləndiyi yeri bilmədiyini deyən Seyhan “O, çox yaxşı müdafiə olunur. Əminəm ki, hardasa sadə və çox gözəl həyat yaşayır” açıqlamasını verib.

Qeyd edək ki, Dəniz Səki 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.