Samir prodüseri haqda: “Nemesdir”

Samir prodüseri haqda: “Nemesdir”
1322 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev prodüseri Anar Mədətovdan danışıb.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan sənətçi ilk dəfədir prodüserlə çalışdığını deyib:
 
“Bu günə kimi tək işləmişəm. Anar mənim ilk prodüserimdir. Bu insan qaynayır. Bir dəqiqə boş dayanmır. Çox sıx iş rejimindəyik. Özümə oxşayır. Anar “nemesdir”. Sözü üzə deyir. Hər zaman söyləyirəm ki, “Anar, yaxşı olacaq, danışma”. Amma nə yaxşı ki, mənə qulaq asmır. O, danışmasa, iş getməz”.

Veriliş zamanı S.Piriyev qızı Aişənin birinci sinfə getdiyini də deyib.