“Qızlarım zəng etdilər, onlarla barışdım”

“Qızlarım zəng etdilər, onlarla barışdım”
3375 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı Tuba Altıntop qızları ilə danışmadığını, onlardan incidiyini bildirmişdi.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün İstanbulda alış-veriş mərkəzlərindən birində görüntülənən Tuba mövzuyla bağlı jurnalistlərin suallarını belə cavablandırıb:
 
“Qızlarım mənə zəng vurub, üzr istədilər. Onları bağışladım. Çox darıxmışam. Gələn ay Türkiyəyə gələcəklər, görüşəcəyik”.

Xatırladaq ki, R.E.Romanın Ceren Kalpakarslanla ailə qurmasından sonra qızları onlarla birlikdə Bodrum tətilinə çıxmışdılar. Lakin Türkiyədə olan zaman uşaqlar anaları ilə görüşməmiş və T.Alıntop onlardan küsmüşdü.