Övladını məktəbə yola salan yerli məşhurlar – fotolar

Övladını məktəbə yola salan yerli məşhurlar – fotolar
12144 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün dərs ilinin başlaması ilə bağlı sənət aləminin tanınmış simaları sosial şəbəkədə fotolar paylaşıblar.

Axşam.az-ın məlumatına görə, kimi övladını məktəbə, kimisi də universitetə yola saldığını vurğulayıb. Həmin məşhurların siyahısını təqdim edirik:

Əməkdar artist Lalə Məmmədova qızı Nərgizin ikinci sinfə getdiyini bildirib:

“Ümid edirəm ki, Nərgizim məni əvvəlki dövrlərdəki kimi dərslərində uğurla sevindirəcək. Bütün şagirdlərimizə, müəllimlərimizə can sağlığı arzulayıram”.



Aparıcı Aytən Səfərova qızı ilə fotosunu paylaşaraq “Qızımla ilk dəfə üçüncü sinfə, İnşallah” sözlərini yazıb.



Keçmiş “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum Anar Məmmədxanovun qızı Məryəm də birinci kursa gedib. O, Azərbaycan Diplomatiya Akademiyasına daxil olub.




Aparıcı Lətafət Ələkbərova övladının ikinci sinfə getdiyini söyləyib:
 
“Həyatım artıq ikinci sinifdə oxuyur. Allah bütün balaları qorusun”.



Aparıcı Samirə Mustafayevanın qızı Nuran da bu il məktəbə gedənlər siyahısındadır.



Aparıcı Lalə Azərtaşın da qızı məktəbə gedir. Qızının fotosunu İnstaqramda paylaşan aparıcı “Yeni dərs ilin mübarək, eşqim”, deyə bildirib.



Müğənni Təranə Qumral və Musa Musayevin qızı Sevgim də bu il ikinci sinfə gedib.



Aşıq Samirə Əliyevanın qızı beşinci sinfə yollanıb:

“Qızımı beşinci sinfə yola saldıq. Allah bütün balalara kömək olsun, bu dərs ilini uğurla başa vursunlar, eləcə də mənim qızım”.



“Bozbash pictures”in aktyoru Ramil Babayevin qızları bu il birinci sinfə gedib. O, “Allah hamının balasını saxlasın, eləcə də mənimkiləri. Bu gün mənim iki övladım birinci sinfə gedir” sözlərini yazıb.



Müğənni Xatun Əliyevanın oğlu Adil birinci kursa yollanıb. İfaçı Bakı Dövlət Universitetinə qəbul olan oğlu haqda sosial şəbəkədə yazıb:

“Gülə-gülə, oğlum. İllər necə tez keçir. Öz qanadlarınla uçacaq qədər böyüdün”.