"Xanımın pulu ilə yaşamaq olmaz"

"Xanımın pulu ilə yaşamaq olmaz"
7878 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil  “Düzünü desək” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, idmançı müzakirəyə çıxarılan “alfons kişilər” mövzusuna münasibət bildirib:

“Kişi qadın pulu ilə yaşamaqdansa, gedib oğurluq etsin, özünü öldürsün. Xanımın pulu ilə yaşamaq olmaz”.

Aparıcının “İdman müəllimisən, yanına gözəl xanımlar gəlir. Heç sənə pul qarışılığında münasibət təklif ediblər” sualına isə Kamil belə cavab verib:

“Olub... Mən mənliyimi, şəxsiyyətimi itirməmişəm ki, buna razılaşım. Uşaqlıqdan əziyyətlə böyümüşəm. Çətinliklə istədiyim yeri tutmuşam, şəxsiyyət olmuşam. Bu cür təkliflərlə razılaşıb, qazandığım hörməti itirə bilmərəm. Bu, hansısa xanımın başıboşluğundan irəli gəlir. Kimə nə təklif edəcəyini bilmir.  Sözümü demişəm, onu buna peşman etmişəm”.