Bu gün Ağadadaş Ağayevin oğlunun toyudur

Bu gün Ağadadaş Ağayevin oğlunun toyudur
3902 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Ağadadaş Ağayevin oğlunun toyudur.

Axşam.az-ın məlumatına görə, “Sərin” restoranında baş tutan məclisdə sənət aləminin tanınmış simaları iştirak edir.

Qeyd edək ki, bir müddət əvvəl A.Ağayev "Star life" verilişinə açıqlamasında oğlunun toyunda Türkiyədən dəvət olunmuş sənətçinin də olacağını demiş, lakin onun adını sirr saxlamışdı:

“Bu, oğlumun öz seçimidir. Gəlini bəyənib, istəyib. Onun seçiminə qətiyyən qarışmadım. Hansı toyda ki gənclər var düşünürəm, orada dinamika lazımdır. Müğənnilər oxuyacaq, oturanlar da musiqidən zövq alacaqlar. Aparıcı, rejissor olmayacaq. Türkiyədən də bir sənətçini dəvət etmişəm. Vaxt uyğun gəlsə, o da qonağım olacaq. Adını sürpriz saxlayıram".