Yanındakı xanımı tanımadığını söylədi - fotolar

Yanındakı xanımı tanımadığını söylədi - fotolar
1302 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli yumor ustası Cem Yılmaz ötən gün Kuruçeşmədə görüntülənib.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, dostu Ozan Güvənlə gecə gəzintisinə çıxan aktyorun yanına daha sonra iki qadın da gəlib.
 
C.Yılmaz kameraların qəfil yanan işıqlarını görən kimi “Hər yanımda olan sevgilimdir? Xanımı tanımıram” deyə reaksiya göstərib. Nə edəcəyini bilməyən yumor ustası mühafizəçilərinin müşayiəti ilə taksiyə minərək oradan uzaqlaşıb.
 
Cemin yanındakı qadının isə kimliyi məlum olub. Həmin xanımın kübar məclislərin tanınmış siması Aslı Demirkan olduğu aydınlaşıb.
 
Reklam işləri ilə məşğul olan Aslı rəfiqəsi ilə taksiyə minərək C.Yılmazın avtomobilini izləyib.