TRT-nin solistini bıçaqlayaraq öldürdülər

TRT-nin solistini bıçaqlayaraq öldürdülər
4792 dəfə oxunub
  • A-
  • A
  • A+
TRT-nin solisti, müğənni Hatice Kaçmaz evlilik təklifni rədd etdiyi Orhan M. tərəfindən 15 yerindən bıçaqlanıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, bir neçə il əvvəl həyat yoldaşı dünyasını dəyişən Haticenin 3 yaşında qızı var. 

İfaçıdan evlilik təklifinə rədd cavabı alan Orhan bununla barışa bilməyib və Haticeni izləməyə başlayıb. O, mağazadan çıxarkən Haticeni qaçırdaraq, yaxınlıqdakı parka aparıb və bıçaqlayıb.

Xəstəxanaya aparılan ifaçı həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Polis tərəfindən yaxalanan Orhanın bundan əvvəl atasını da bıçaqladığı məlum olub.