"Ailəmin dağılmasında günahkar özüməm" - Hülya Avşarın keçmiş əri

"Ailəmin dağılmasında günahkar özüməm" - Hülya Avşarın keçmiş əri
2070 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Hülya Avşarın keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu bundan sonra heç vaxt nikah masasına oturmayacağını deyib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, o, bunun üçün hətta and içib:

"Həyatımda çox az and içirəm. Ailə qurmağa tövbə etmədim. Amma evlənməyəcəyimə and içdim. İstəmirəm ki, həyatımda bir daha evlilik olsun. Hülya Avşarı bəyənən adam olmamışam. Küçədə görsəm, dönüb baxmazdım. Bir dəfə gecə kluba gedib, ona qulaq asdım. Bir dostumuzun vasitəsiylə tanış olduq. Sonra heç görüşmədik. Bir gün tennis klubunda oynayarkən "Hülya Avşar sənə zəng edir" dedilər. Hülya "Oteldə qalıram. Axşam gəl çay içək" söylədi. Rədd elədim. Mən günahları özümdə axtaran biriyəm. Ailəmin dağılmasında da günahkar özüməm. Çünki ailə münasibətlərini uzun müddət davam etdirməyi bacarmıram. Qızım Zəhranın oğlan dostunun olmasını və onu mənimlə tanış etməsini çox istəyirəm".