Azərbaycanda dağlara qar yağdı

Azərbaycanda dağlara qar yağdı
1055 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sentyabrın 21-si axşamdan 22-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib.

Ən çox yağıntı Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində qeydə alınıb - 51 mm. Yağan leysan nəticəsində Qəbələ rayonu ərazisindən axan Dəmiraparan çayda və Qumçay məntəqələrində qısamüddətli daşqın olub.