“Zəki Mürən Ajda Pekkana görə menecerini döymüşdü”

“Zəki Mürən Ajda Pekkana görə menecerini döymüşdü”
2946 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur “Söyləməzsəm olmaz” proqramının aparıcılarından Pakizə Suda canlı yayımda maraqlı açıqlamalar verib.
 
Axşam.az-ın “Hürriyet”ə istinadən xəbərinə görə, aparıcı mərhum sənətkar Zəki Mürənin super star Ajda Pekkanın üzündən menecerini döydüyünü söyləyib:
 
“Z.Mürənin Kamran adlı meneceri var idi. Bir gün onu elə döydü ki… Zəki ilə Ajda otellərin birində səhnəyə çıxmışdılar. Kamran sənətçinin səhnə işığını və səs aparatlarını istifadə etmək üçün A.Pekkana da veribmiş.

Bunu öyrənən Z.Müren ona sillə vurmuş və “Mənim işığımı başqasına necə tuta bilərsən” deyə qışqırmışdı. Bir sözlə, Zəki Mürən Ajda Pekkana görə menecerini döymüşdü.”.