Burakla Fəxriyyənin sirri ortaya çıxdı - foto

Burakla Fəxriyyənin sirri ortaya çıxdı -  foto
4878 dəfə oxunub
  • A-
  • A
  • A+
Aylardır birlikdə yaşadıqlarını gizlədən türkiyəli aktyorlar Burak Özçivit və Fəxriyyə Evcenin sirri ortaya çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük gecəyarısı Burakın evinə girərkən paparatsilər tərəfindən görüntülənib.

Özçivitin avtomobilində oturub, söhbət edən cütlük fotokameranı görən kimi hadisə yerindən uzaqlaşıb. Evcen saçı ilə üzünü bağlamağa çalışarkən, Burak "Aha... Yaxalandıq" deyib.

Cütlük 5 aydır birlikdədir. Burak və Fəxriyyənin münasibəti "Çalıquşu" serialının çəkilişləri zamanı başlayıb. Çəkilişləri Bodrumda aparılan "Eşq sənə bənzəyir" filmində də birlikdə kamera qarşısına keçən aktyorlar artıq birlikdə olduqlarını gizlədə bilməyib.