Beren Saatın makiyaj sirri

Beren Saatın makiyaj sirri
10181 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Beren Saat makiyaj sirlərini açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa tünd rəngdə göz qələmindən istifadə edir. Göz kölgəsi əvəzinə rəngli qələmlər çəkir və onları yayır.
 
Tonal kremdən istifadə etmir. Onun əvəzinə üzünə açıq rəngli kirşan çəkir. Ənliyə gəldikdə isə Beren daha çox qəhvəyi tonlara üstünlük verir. Gözləri qabarıq olduğu üçün aktrisa hər zaman açıq dodaq boyasından və ya parıldadıcıdan istifadə edir.