Məşhur brendin reklamına çəkildi - fotolar+video

Məşhur brendin reklamına çəkildi - fotolar+video
2248 dəfə oxunub
  • A-
  • A
  • A+

“Chanel No.5”in uzun müddətdir gözlənilən yeni reklam çarxı yayılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Baz Lurmanın rejissorluğu ilə hazırlanan çarxda braziliyalı model Jizel Bundhenin iştirakı ilə “You're the One That I Want” (“Arzuladığım yeganə sənsən”) saundtrekinin sədaları altında bir məhəbbət tarixçəsindən bəhs edilir.
 
Amerikalı musiqiçi Lo-Fanqın ifası emosional sevgi hekayəsinə fərqli bir rəng qatıb. Jizelin tərəf-müqabili 33 yaşlı hollandiyalı aktyor Mixil Hauşmandır. Sam Lurman isə video-çarxda fotoqraf rolundadır.

Qeyd edək ki, Jizel Bundhen “Chanel”in 2015-ci ilinin yaz-yay siması seçilib.