Mətin Şəntürk boşandı

Mətin Şəntürk boşandı
2177 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mətin Şəntürk boşanıb.

Axşam.az-ın “acun.com”a istinadən xəbərinə görə, sənətçinin 2006-cı ildə evləndiyi Fulya Kalkavanla 2 ildir davam edən məhkəmə işi başa çatıb. Ailəsinin etirazına baxmayaraq, Şəntürklə gizlicə nikah masasına oturan Fulya tiroit xərçənginə tutulub.
 
O, məhkəməyə müraciət edərkən ifaçının içki düşkünü olduğunu, evdə tez-tez dava etdiyini bildirib, xəstəliyində onu günahlandırıb. Kalkavan eyni zamanda məhkəmədən təhlükəsizliyinin təmin edilməsini istəyib.

Onun şikayətini qəbul edən məhkəmə Şəntürkə 6 ay ərzində keçmiş həyat yoldaşına yaxınlaşma qadağası qoyub. Müğənni Fulyanın iddialarını rədd edərək “İçki düşkünü deyiləm. Nə həyat yoldaşıma, nə də ətrafımdakı insanlara bu günə qədər sərt davranmışam. Bunu sübut edə bilərəm” deyib.