Sərdar Ortaç xanımına qovuşdu
Türkiyəli müğənni Sərdar Ortaç irlandiyalı həyat yoldaşı Xloe Luqnana qovuşub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrın 25-də qardaşı dünyaya gəldiyi üçün İrlandiyaya – anasının yanına gedən Xloe İstanbula qayıdıb. S.Ortaç 3 həftəlik ayrılıqdan sonra xanımını şəxsən özünün qarşılaması üçün təyyarənin enişinə bir neçə saat qalmış hava limanına yollanıb.
Sənətçi Xloe ilə görüşən kimi onu restoranlardan birinə şam etməyə aparıb.