ANS-in aparıcısı işdən çıxdı

ANS-in aparıcısı işdən çıxdı
5630 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şoubiz+” verilişinin aparıcısı İsa Şükürov çalışdığı ANS kanalından ayrılıb.

Axşam.az-ın məlumatına görə, saytlarda aparıcının rəhbərlik tərəfindən işdən uzaqlaşdırıldığı bildirilib. İ.Şükürov isə “Facebook” səhifəsində işdən öz razılığı ilə çıxdığını yazaraq, ərizəsinin surətini paylaşıb:

“Bəzi saytlarda mənim işdən qovulmağım haqda məlumat yayılıb. Mayıs müəllim deyib ki, onun belə şeylərdən xəbəri yoxdur. Hörmətli Mayıs müəllim, xəbəriniz yoxdursa, Mirşahin Ağayev sizdən elə də uzaqda oturmur. Gərək ondan maraqlanıb soruşardınız. Eybi yox, növbə mənə çatdı. Belə xəbərlərlə gündəmə gəlmək istəmirdim. Bu da mənim işdən ayrılmaq ərizəm. Lazım gəlsə, növbəti məktubları da açıq şəkildə paylaşa bilərəm. Mən ərizəmi 8 oktyabrda yazmışam. Xatırladım ki, Umka Hacıyeva da işdən öz istəyi ilə çıxmışdı. Sonra onun haqqında da ANS-dən qovulmuş kimi xəbər yaydılar. Taktikanı dəyişin heç olmasa”.

Qeyd edək ki, məsələ ilə bağlı ANS-in ictimayyətlə əlaqələr departamentinin rəhbəri Mais Məmmədov ölkə.az-a açıqlamasında bu barədə heç bir məlumatı olmadığını bildirib:

“ANS-ə gündə 5-10 nəfər işə girir, 5-10 nəfərdə işdən çıxır hamısı yadımda qalmır.”