Haqqında yazılanların yalan olduğunu dedi

Haqqında yazılanların yalan olduğunu dedi
2258 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa-model Lindsey Lohan aktyor Tom Kruzla aralarında sevgi münasibətləri olması xəbərlərini yalanlayıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 28  yaşlı ulduz meneceri vasitəsilə həmin məlumatların həqiqəti əks etdirmədiyini deyib. Tom Kruz isə bu məsələ barədə danışmaq istəməyib.

Qeyd edək ki, Amerikanın “OK” jurnalı tanınmış cütlüyün gizli-gizli görüşdüyü iddiasını irəli sürmüşdü. Onların hətta bir-birlərinə telefon nömrələrini də verdikləri deyilirdi. L.Lohanın yaxınlarından biri isə onun Toma heyran olduğunu və gələcəkdə bu heyranlığın eşqə çevriləcəyini söyləyib.