88 yaşlı hersoginya öldü – fotolar

88 yaşlı hersoginya öldü – fotolar
2220 dəfə oxunub
  • A-
  • A
  • A+

Əsl adı Kaetana Fits-Ceyms Stüart olan ispan hersoginyası Alba bu gün 88 yaşında dünyasını dəyişib.

Axşam.az “El Mundo”ya istinadən xəbər verir ki, aristokratiya dünyasının tanınmış siması Sevilya şəhərində vəfat edib.

Hadisə ilə bağlı şəhərin meri Xuan İqnasio Zoldo öz “Twitter” profilində belə yazıb:
“Xanım Kaetana bütün qəlbi ilə şəhərimizə bağlı idi. Ruhu şad olsun!”

Xatırladaq ki, hersoginya Alba hələ bu ilin avqustunda ürək çatışmazlığı səbəbindən “Saqrado Korason” klinikasına yerləşdirilmişdi. Amma ona qoyulan diaqnozlara görə əsəbi halda müalicədən imtina edən qadın ömrünün sonlarını öz zadəgan sarayında keçirib.