Bu modellər Azərbaycanı dünyada təmsil edəcək - fotolar

Bu modellər Azərbaycanı dünyada təmsil edəcək - fotolar
4758 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 29-da İstanbulda “ Best Model of the World 2014” beynəlxalq model müsabiqəsinin finalına start veriləcək.

Axşam.az-ın məlumatına görə, bu haqda təşkilatçı Aqil Məmiyev deyib:

“ 2010-cu ildən bəri ölkəmizin iştirak etmədiyi "Best model of The World" dünya gözəllik müsabiqəsində Azərbaycanı bu il Sima Şərafətdinova və Heydər İsgəndərov təmsil edəcəklər. 145 ölkənin qatıldığı və 55 ildir keçirilən dünya gözəllik yarışması üçün layiqli seçim olduğunu düşünürəm. Noyabrın 30-da modellərimizlə birlikdə İstanbula yola düşürük. Final dekabrın 6-da keçiriləcək. Modellərimiz müsabiqənin prezidenti tərəfindən seçilib".

Qeyd edək ki, müsabiqə 1955-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. Yarışmanın prezidenti Ərkan Özərman, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.