“Gənc ifaçılar çox "mənəm-mənəm" deyirlər" – Akif İslamzadə

“Gənc ifaçılar çox "mənəm-mənəm" deyirlər" – Akif İslamzadə
1788 dəfə oxunub
  • A-
  • A
  • A+

“Gənc ifaçılar çox danışırlar. Həddindən artıq “mənəm-mənəm” deyirlər. Özlərini öyürlər. Bir az sakitləşsinlər...”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Zərif bənd” verilişinin qonağı olan xalq artisti Akif İslamzadə deyib. O, müğənnilərlə bağlı bunları söyləyib:

“O qədər özlərini tərifləyirlər ki, bizə danışmağa imkan vermirlər. Məsləhət görərdim ki, bir az sussunlar. Onlar sakit durub, “mənəm-mənəm” deməsələr, biz onları onlardan çox tərifləyərik. İstedadlı gənclərimiz çoxdur. Amma tərifləmələrlə, özlərini öyməklə gözdən düşürlər”.

Qeyd edək ki, “Zərif bənd” verilişi 106.3 FM-də yayımlanır. Verilişdə bu günə kimi xalq artisti Əlibaba Məmmədov, şair Vahid Əziz və digər tanınmışlar qonaq olublar.