“Elton Con məni xilas etdi” – Ledi Qaqa

“Elton Con məni xilas etdi” – Ledi Qaqa
952 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Ledi Qaqanı pis vərdişlərdən dostu və həmkarı Elton Con xilas edib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənni bu barədə müsahibəsində söyləyib:

“Mən keçmişdə alkoqol və narkotik asılılığından əziyyət çəkən insanlarla dostluq edirəm. Onlardan biri də Elton Condur. O, bir dəfə mənə açıq-aşkar dedi ki, Qaqa, sən həddindən artıq çox çəkirsən. O, bu sözü ilə məni xilas etdi.”

28 yaşlı müğənni hələ də tam sağlam həyata qədəm qoymadığını vurğulayıb. O bildirib ki, tədricən belə həyat tərzinə doğru addımlayır.