Tanınmış ispan aktrisası Penelopa Kruz ötən gün həyat yoldaşı, aktyor Xavyer Bardemlə gəzintiyə çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Madridin küçələrində əl-ələ gəzən cütlük qızğın müzakirələr edərkən görüntülənib.
Qeyd edək ki, Penelopa və Xavyer cütlüyünün Leonardo adlı oğlu, Luna adlı qızı var.