“Deyirdilər ki, İzzətlə İlhamə sevgilidir”

“Deyirdilər ki, İzzətlə İlhamə sevgilidir”
5200 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Gün üzü” verilişində xəyanət mövzusu müzakirə olunub.

Axşam.az-ın məlumatına görə, proqramda qonaq olan aparıcı İlhamə Bədəlova müğənni İzzət Bağırovun ünvanına təriflər yağdırıb.

O hətta onunla yaxın dost olduqlarını və bir vaxtlar haqlarında şayiələr çıxdığını da deyib:

“O, həyatda “qardaş” deyəcəyim ikinci insandır. Bir neçə dəfə verilişlərdə yan-yana oturmuşduq. Haqqımızda söz çıxartdılar ki, İzzətlə İlhamə sevgilidir. Onun ailəsindən üzr istəyirəm. İzzət dost dediyi insana, xanıma yan gözlə baxan biri deyil. Yaraşıqlıdır, şarmı var, özünə hörmət qazanandır, eyni zamanda da Allah adamıdır”.