Nigar türkiyəli nişanlısından danışdı: “Oğlu məni qəbul etmir”

Nigar türkiyəli nişanlısından danışdı: “Oğlu məni qəbul etmir”
5535 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Nigar Bahadırqızı nişanlısı, türkiyə vətəndaşı Ersel Aktara ilə aralarındakı yaş fərqinin onların münasibətinə mənfi təsir etmədiyini deyib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan aktrisa nişanlısının ondan 16 yaş böyük olduğunu söyləyib:

“Bizim aramızda sevgidən də önəmli bir şey var: inam. 16 yaş fərqimizin olması münasibətimizdə heç vaxt problem yaratmayıb. Bu adama güvəndim. Təklif alanda çox düşünmədim, dedim elə gözlədiyim insan budur. O daha əvvəl ailəli olub, iki övladı var. Qızı məni çox istəyir, “Skype” ilə danışırıq, münasibətimiz yaxşıdır. Heç bir sözümə “yox” deməyib. Amma oğlu hələ ki, məni qəbul etmir. Yəqin, yaş dövrü ilə bağlıdır”.