“Çox xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir” - Xatirə İslam

“Çox xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir” - Xatirə İslam
6992 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam aparıcı Vüsalə Kərimovanın onun haqqında dediyi sözlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə məsələ ilə bağlı bunları yazıb:

“Əziz dostlar, mənim haqqımda yazılanlara fikir verməyin. Kiminləsə dalaşıb, onu reklam etmək fikrim yoxdur. Kim nə deyirsə, əcəb edir, canı heç vaxt sağ olmasın. İnşallah, Allah cavabını verəcək. Qaldı ki, mənim həyat yoldaşıma... 5 dil bilir, sinxron tərcüməçidir, rütbəsi mayordur, 10 min işçiyə rəhbərlik edir və ailəsini çox sevir. Mən də çalışıram ki, özümü onun adına, vəzifəsinə layiq aparım. Ona görə şərait yaratmıram ki, kimsə verilişində məndən mənasız mövzularına görə istifadə etsin. Mən də, ailəm də göz qabağındadır. Çox xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir. Qaldı ki, aparıcıya onda da günah yoxdur, ondan da istifadə edirlər”.

Qeyd edək ki, “Günaydın” verilişində aparıcı Vüsalə Kərimovanın “Xatirə Rüfətlə eşq yaşayır” sözlərinə görə X.İslam verilişi tərk etmiş və onlar arasında qalmaqal yaranmışdı.