Xalq artistləri mərhum aktyordan danışacaq

Xalq artistləri mərhum aktyordan danışacaq
1915 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakı vaxtı ilə” verilişinin növbəti buraxılışı bu gün saat 23:00-da ATV-də yayımlanacaq.

Axşam.az-ın məlumatına görə, aparıcılığını müğənni Roza Zərgərlinin etdiyi proqram bu dəfə xalq artisti Əliabbas Qədirova həsr olunub. Gecənin qonaqları xalq artistinin oğlu İlham Qədirov, xalq artistləri Ramiz Novruz, Məleykə Əsədova, əməkdar artist Elza Seyidcahan, müğənni Rəşad İlyasov, Yusif Mustafayev və meyxanaçı Vüqar olacaq.

Qeyd edək ki, layihənin baş redaktoru Zabir Əliyev, redaktoru İsa Şükürov, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.