Roza Zərgərlinin “Oyuncağ”ı - video+fotolar

Roza Zərgərlinin “Oyuncağ”ı - video+fotolar
5337 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli media əhlini başına yığaraq türk rok qrupu "Pankart"la birgə ərsəyə gətirdiyi “Oyuncaq” mahnısına çəkilmiş klipini təqdim edib .

Axşam.az-ın məlumatına görə, klip ötən il Şəki şəhərində, "BEN production" tərəfindən lentə alınıb.

Müğənni ekran işi nümayiş olunduqdan sonra təəssüratlarını bölüşüb:

“Bu klip Şəkinin gözəl guşələrində lentə alınıb. Ekran işində tərəf müqabillərim elə duet ortaqlarım, Türkiyənin tanınmış “Pankart” qrupunun üzvləridir. Konsert turnesində olduqları üçün bu gün burada iştirak edə bilmirlər".

Aparıcılığını Afaq Gəncəli və Zabir Əliyevin etdiyi mərasimdə əməkdar artistlər Elza Seyidcahan, Vəfa Zeynalova, müğənni Sevinc Ağaşirinova, Aysel Əlizadə, meyxanaçı Ehtiram və İntiqam qardaşları, rəqqasə Fatimə Fətəliyeva, rejissor Şahin Zəkizadə, prodüser Təranə Səmədova, aparıcı Zemfira Adıgözəlova iştirak ediblər.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV