Bakıya konsertə gələn müğənni aeroportda huşunu itirdi

Bakıya konsertə gələn müğənni aeroportda huşunu itirdi
2724 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni İrina Dubsovanın bu gün Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.

Axşam.az-ın məlumatına görə, buna səbəb ifaçının səhhətində yaranan problemlər olub.

O, Bakıya gəlməyə hazırlaşarkən hava limanında huşunu itirib. Müğənni bir müddət xəstəxanada müayinə olunacaq.

Dubsova sosial şəbəkədə bildirib ki, konsert fevralın 13-də baş tutacaq:

“Çoxdandır gözlədiyim Bakı... Səhhətimlə bağlı sizin yanınıza gələ bilmədim. Özünüzü və yaxınlarınızı qoruyun. Konsertin təxirə düşməsinə görə sizdən üzr istəyirəm. Biletləri geri qaytarmayın. Komandam hazırda Bakıdadır. Konsert mənim ad günüm və Sevgililər günü ərəfəsində olacaq. Fevralın 13-də sizin görüşünüzə gələcəyəm".