Məşhur aktrisalar Hollivudun “ən pisləri” seçildi

Məşhur aktrisalar Hollivudun “ən pisləri” seçildi
2825 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər il “Oskar” mərasimindən sonra verilən “Qızıl Moruq” ("Golden Raspberry") mükafatları Hollivudun ən pislərini seçib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatlandırma gecəsində “Ən pis aktrisa” Kameron Diaz, “Ən pis aktyor” isə Kirk Kameron seçilib.

“Saving Christmas” filmi “Ən pis ssenari” və “Ən pis film” olaraq gecəyə damğasını vurub.
 
“Ən pis rejissor işi” çəkilişinə 1 milyon dollar xərclənmiş “Transformers: Age of Extinction” filminin rejissoru Maykl Beyə qismət olub.

Cazibədar aktrisa Meqan Foks isə “Arxa planda ən pis aktrisa” mükafatına layiq görülüb.