Əməkdar artist Sevda Ələkbərzadə fobiyasından danışıb.
Axşam.az-ın məlumatına görə, “ATV Maqazin”ə açıqlama verən müğənni avtomobil idarə etməyi çətinliklə öyrəndiyini deyib:
“Maşın sürməyə qarşı fobiyam vardı. Yatanda avtomobillə bağlı qorxulu yuxular görürdüm. İnsanlar 1 aya maşın sürməyi öyrənir. Mən 1 ilə güclə sükana alışdım”.
S.Ələkbərzadə bacısı Emma Ələkbərzadənin gündəmdən uzaqlaşmasından da bəhs edib:
“Sənət insanları əhval adamlarıdır. Başı ailəsinə qarışıb. Ürəyi istəyəndə gedir, bir mahnı oxuyur qayıdır”.