Ledi Qaqa nişanlısı ilə buzlu suya girdi - fotolar

Ledi Qaqa nişanlısı ilə buzlu  suya girdi - fotolar
2479 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Ledi Qaqa aktyor nişanlısı Teylor Kinni ilə birlikdə “Chicago Polar Plunge” ənənəvi çimərlik əyləncəsinə qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Miçiqan gölünün buzlu sularında təşkil edilən aksiyada beş minədək insan iştirak edib. Kütləvi əyləncə zamanı cütlük də 0°C dərəcədən aşağı temperaturlu suya girməkdən çəkinməyiblər.

Aksiyadan toplanan bir milyon dollardan çox gəlir “Special Olympics” ictimai təşkilatına bağışlanacaq.