Azərbaycanlı müğənnini Moskvada döydülər

Azərbaycanlı müğənnini Moskvada döydülər
7213 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vüqar Muradov Moskvada döyülüb.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu haqda “Adam içində” verilişində jurnalist Tahirə Məmmədqızı məlumat verib:

“Moskva şəhərindən zəng edərək Vüqar Muradovu toya dəvət ediblər. Hətta min manat beh veriblər. Gediş-gəliş bileti də alınıb. Aeroportda onu qarşılayıblar, 7-8 nəfər maşına mindirib aparıb meşəlikdə döyüblər. Adamlar silahlı olub, Vüqara işgəncələr veriblər, paltarlarını soyundurublar, döyüblər. Qoca bir kişi onu tapıb, polisə gətiriblər”.