Müğənnilər bayram konsertində - fotolar

Müğənnilər bayram konsertində -  fotolar
3768 dəfə oxunub
  • A-
  • A
  • A+

Novruz bayramı münasibətiylə Heydər Əliyev Sarayında "Açıq qapı" günü keçirilib.

Axşam.az-ın məlumatına görə, “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertində əməkdar artistlər Teyyub Aslanov, Səlim Abbasov (skripka), müğənnilər Nazim, Gülay Zeynallı, Yaşar Cəlilov, Nicat Cəfərzadə, Əbdül Xalid, Amil Həsənoğlu, Solmaz Kosayeva (aşıq), Elcan Rzayev, Səidə Dadaşova və “Dostlar qrupu”,  "Kolorit” rəqs qrupu iştirak ediblər.

Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri iştirak ediblər.