Real həyatda da rolunu yaşayırmış

Real həyatda da rolunu yaşayırmış
2806 dəfə oxunub
  • A-
  • A
  • A+
“Emmi” mükafatlı “Mad Man” serialının qəhrəmanı, aktyor Con Hammın uzun müddətdir alkoqol asılılığından əziyyət çəkdiyi məlum olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adıçəkilən serialda pis keçmişi və zərərli vərdişləri olan reklamçı Don Draper obrazını canlandıran aktyorun real həyatda da spirtli içki aludəçisi olduğu üzə çıxıb.

Uzun müddətdir müalicə alan 43 yaşlı Con bunu hamıdan gizlədirmiş. Aktyorun xanımı Cennifer Vestfeldt mediadan bu məsələyə həssas yanaşmağı tələb edib.

Qeyd edək ki, Con Hamm “Mad Man”də dayanmadan siqaret çəkib, içki içməsi ilə yadda qalıb. O, “Emmi” mükafatına da elə bu obrazına görə layiq görülüb.